Ağcabədidə partlayıcı vasitələr və silahlar aşkarlanıb - FOTO

14:11 12.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.